Seven Beauties Spa Baku

Spa

Dəyərli qonağımız Seven Beauties Spa mərkəzimiz InterContinental Baku Hotelin -1-ci mərtəbəsində yerləşir. Bu unikal məkanı kəşf edin. Burada hər bir element qonaqlarımızın rahatçılığı və sağlamlığı üçün ideal dizayn olunub. Yeddi Gözəl Spa mərkəzində mütəxəssislərimiz dəriyə xüsusi qulluq edərək həm bədəninizin, həm də ruhunuzun rahatlıq tapması üçün təbii vasitələrdən istifadə etməklə sizlərə xüsusi qayğı göstərir. Sizi qapalı üzgüçülük hovuzu, sauna və hamam, idman zalı və masaj otaqları ilə, məşhur müalicə vasitələri və xüsusi peşəkarlar komandası ilə Seven Beauties Spada gözəl gün keçirməyə və rahatlıq tapmanıza zəmin yaradacaq məkanda gözləyirik.
Spa öz adını və estetikasını Nizaminin ən həssas poemasından alır, zərif işıqlandırması və şərq abu-havası ilə “Yeddi Gözəl” Spa ərazisinin zəngin tarixi və ənənələrindən ilhamlanır. 
Seven Beauties Spa qəbulu hər gün səhər 07:00-dan 22:30-a qədər açıqdır.
Seven Beauties Spa müalicələri hər gün saat 12:00-dan 21:00-a qədər mövcuddur.
Seven Beauties Spa Fitness mərkəzi hər gün 24 saat açıqdır.

Telefon: 994125259933
Ünvan: 31, Zarifa Aliyeva St, Baku, Azerbaijan